Azərbaycanda kərə yağı kəskin ucuzlaşacaq - QƏRAR VERİLDİ
Azərbaycan nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.
AzNews.info Trend-ə istinadən bildirir ki, bu qərar rəsmi mətbuatda dərc olunub.
Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib.
Mənbə:> Trend