Azərbaycan Qusarda Çin üçün traktor yığacaq
Azərbaycan Çinin “YTO Group” şirkətinin istehsalı olan traktorların yığılmasını planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin rəhbəri Əbülfət Qocayevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.
Bu, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “YTO Group” və “Aqrofun” MMC arasında imzalanmış sazişdə nəzərdə tutulub.
Sazişə əsasən ildə 900 traktorun yığılması nəzərdə tutulur. Yığılma Qusar rayonunda həyata keçiriləcək. Layihənin dəyəri 10 milyon dollar təşkil edir.
Mənbə:> Trend