Dövlət bu nöqsanları olan ət istehsalçıları ilə müqavilələri dayandıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dövlət bu nöqsanları olan ət istehsalçıları ilə müqavilələri dayandıracaq

Dövlət bu nöqsanları olan ət istehsalçıları ilə müqavilələri dayandıracaq


“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti dövlət satınalan təşkilatları ət məhsulları ilə təchiz edən fiziki və hüquqi şəxslərin maarifləndirilməsinə başlayıb.

Oxu.Az xəbər verir ki, cəmiyyətin təşkilatçılığı ilə ilk işgüzar xarakterli görüş keçirilib.

Görüşü giriş sözü ilə açan cəmiyyətin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, qurum yanvar ayının 1-dən etibarən 23 hüquqi, 14-ü fiziki şəxs olmaqla 37 ət istehsalçını 1835 satınalan təşkilatın ət məhsulu ilə təminatına cəlb edib. Hazırda bu istehsalçılarla qarşılıqlı anlaşma şəraitində təchizat sistemi qurulub.

Qeyd edilib ki, satınalan təşkilatların böyük əksəriyyətini uşaq bağçaları və xəstəxanalar təşkil etdiyi üçün təchizatçılardan yüksək standartlara uyğun, sertifikatlaşdırılmış, zoobaytar-gigiyenik tələblərə cavab verən ət məhsullarının istehsalı tələb olunur.

Cəmiyyət daimi olaraq ət istehsalçılarının məhsullarını monitorinq edir, buna görə də sanitar-gigiyenik qaydalara əməl edilməsi son dərəcə vacibdir.

Standartlara cavab verməyən - dövlət baytarlıq xidməti tərəfindən qeydiyyatdan keçərək şəhadətnamə almayan, müasir kəsim texnologiyası qurmayan, iribuynuzlu heyvanların kəsimi zamanı tələb olunan sanitar qaydalara əməl etməyən, əti saxlanma şəraiti olmayan istehsalçılarla müqavilələr dayandırılacaq.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Yerli Ərazi İdarələri ilə İş Departamentinin müdiri Abbas Hacıyev və Tədarük-Təchizatın Təşkili Departamentinin müdiri İlqar Məmmədov bölgələrdəki satınalan təşkilatların ət təchizatı üzrə aparılmış monitorinqin nəticələrini açıqlayıblar.

Ət istehsalçıları tərəfindən yol verilən nöqsanlar sadalanaraq tez bir zamanda aradan qaldırılması tələb edilib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi Fərmayıl İsgəndərov ət istehsalçılarına kəsimə hazırlıq barədə geniş məlumat verib.

Bildirilib ki, müasir texnologiyaların tətbiqi ilə kəsim ətin gigiyenik tələblərə cavab verməsini təmin edir, heyvanın sanitar şərait təmin olunmamış yerlərdə kəsilməsi, saxlama şəraitinin olmaması keyfiyyətin aşağı düşməsinə səbəb olur.

İşgüzar müzakirədə ət istehsalçılarına isti yay aylarında ət təchizatının qurulması ilə bağlı tövsiyələr verilib, iribuynuzlu heyvanın kəsilməsi, ətin emalı, qablaşdırılması, saxlanması, daşınmasına aid metodik vəsaitlər təqdim olunub.

Ət istehsalçıları ilə maarifləndirici görüşlər davam etdiriləcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *