“Neft Fondu Avstraliyada əmlak almayıb” – AÇIQLAMA
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb. Bu barədə ARDNF- dən məlumat verilib.
Məlumatda qeyd edilir ki, ARDNF-in Avstraliyada yeni daşınmaz əmlak almasına dair xəbərlər yayılıb:
"ARDNF daşınmaz əmlak portfelinin coğrafi mövqe, kapital strukturu, daşınmaz əmlak aktivlərinin növü və aktivlərin risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə 2015-ci ildən başlayaraq Amerika, Avropa və Asiya və Sakit Okean Hövzəsi regionlarının inkişaf etmiş bazarlarında fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl özəl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməkdədir. ARDNF tərəfindən Avstraliyada birbaşa daşınmaz əmlaka investisiya yatırılmayıb.
Mənbə:> virtualaz.org