Rusiya Maliyyə Nazirliyi rublun gələcək illər üzrə məzənnəsini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Rusiya Maliyyə Nazirliyi rublun gələcək illər üzrə məzənnəsini açıqladı

Rusiya Maliyyə Nazirliyi rublun gələcək illər üzrə məzənnəsini açıqladı


Rusiyada ABŞ dollarının orta nominal məzənnəsi 2031-2035-ci illərdə 82,5 rubl təşkil edəcək.

AzNews.info Report-a istinadən xəbər verir ki, belə bir proqnoz Rusiya Maliyyə Nazirliyinin açıqladığı baza ssenaridə yer alıb.

Nazirliyin proqnoz hesabatında bildirilir ki, ən pis halda 2035-ci ilə qədər dolların məzənnəsi 84,2 rubl olacaq. Qeyd edək ki, açıqlanan rəqəmlər Maliyyə Nazirliyi tərəfindən Dövlət Dumasına təqdim olunan uzunmüddətli büdcə proqnozuna daxil edilib.

Maliyyə Nazirliyi 2017-2020-ci illərdə dolların orta məzənnəsinin 64,8 rubl, 2021-2025-ci illərdə 71,5 rubl, növbəti 5 ildə isə 77,1 rubl olacağını düşünür.

Maliyyə Nazirliyi konservativ ssenaridə neqativ xarici şokların Rusiya iqtisadiyyatının artım tempini azaldacağını proqnozlaşdırıb. Əsas mənfi təsir, qlobal maliyyə bazarlarında baş verməsi ehtimal edilən böhran nəticəsində Çin iqtisadiyyatının yavaşlaması ilə əlaqələndirilib. Həmçinin, əmək və kapital resurslarında struktur məhdudiyyətlərinin Rusiya iqtisadiyyatında inkişafı yavaşladacağı qeyd olunur.

Neft qiymətlərinin 2031-2035-ci illərdə orta hesabla 45,3 dollar/barel, 2030-cu ilə qədər isə bu həddən də aşağı olacağı ehtimal edilir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *