Pulu yeni kursla necə hesablamalı – FOTO
Azərbaycanda milli valyutanın məzənnəsi 7 il ərzində demək olar ki, dəyişməyib. Təəccüblü deyil ki, əhali kalkulyatora əl atmadan pulun digər valyutalara nisbətini hesablamağa vərdiş edib. Lakin 5 gün öncə məzənnə əhəmiyyətli dərəcədə dəyişdikdən sonra qiymətləri şifahi hesablamaq çətinləşib. Bundan başqa, manatın məzənnəsi yenə də dəyişə və bizə yenə aktual informasiya lazım ola bilər.
Bu gün sizə bir mobil proqramı haqqında danışmaq istəyirik. Bu proqram artıq neçə ildir Azərbaycan proqramları arasında ilk sıralarda yer alır, son günlər isə ümumiyyətlə, vKontakte, InstaMessage və Google Chrome-ı qabaqlayaraq hitə çevrilib.
Bu, “Start” interaktiv agentliyinin hazırladığı və tamamilə pulsuz yayılan “Manat Converter”-dir.
Proqram həm iPhone-lar üçün
(https://itunes.apple.com/az/app/manat-converter/id524650605?mt=8),
həm də Android əsaslı smartfonlar üçün
(https://play.google.com/store/apps/details?id=az.start.android.manat) mövcuddur.
“Manat Converter” 160-dan çox dünya valyutasını konvertləşdirə bilir. Məzənnələr davamlı olaraq İnternet vasitəsilə yenilənir. Qeyd etmək istərdik ki, bu proqramda manatın məzənnəsi Mərkəzi Bankın göstərdiyinə deyil, ölkənin kommersiya banklarındakı real məzənnəyə daha yaxındır.
Sözügedən əlavənin özəlliyi ondan ibarətdir ki, özündə həm konverteri, həm də kalkulyatoru birləşdirir. Bu o deməkdir ki, qiymətləri, misal üçün, Avroya çevirmək və həmin anda eyni ekranda manatla nəticəni görmək mümkündür.
Mənbə:> Oxu.Az