Korporativ müştərilərə ödənişsiz məvacib layihələri!
Operativ, sürətli və keyfiyyətli xidməti ilə seçilən Expressbank yeni kampaniya elan edir - əmək haqqı layihəsi üzrə 1 illik VISA Electron kartların ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsi.
“Xidmət bizdən, qazanmaq sizdən” kampaniyası çərçivəsində təqdim olunan bu xidmət hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat, təhlükəsiz və sərfəli ödəniş vasitəsi olan əmək haqqı kartlarını təklif edir.
Expressbank-ın əmək haqqı kartlarının bir çox xüsusi üstünlükləri var. Belə ki, Expressbank-ın bankomatlarında əmək haqqı və digər debet kartlarından nağdlaşdırma zamanı heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir. Üstəlik Expressbank-ın plastik kartları ExpressClub layihəsində iştirak etdiyindən, əmək haqqı kartları ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cashback” qazanırlar.
Bundan əlavə sərfəli xidmət tarifləri, müştərilərə fərdi yanaşma, 3D Secure texnologiyası və s. əlavə imkanlar Expressbank-ın əmək haqqı kartlarını müştərilər üçün daha cəlbedici edir.
Qeyd edək ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan kampaniya 15.07.2017 tarixlərinədək keçərlidir. Kampaniyaya qoşulmaq üçün Bank-la müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək yetərlidir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Mənbə:> Oxu.Az