Azərbaycanda qızıl hasilatı artır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda qızıl hasilatı artır

Azərbaycanda qızıl hasilatı artır


Azərbaycanda qızıl istehsalçısı olan “Anglo-Asian Mining” (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Reza Vəziri məlumat verib.

Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.

Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.

Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.

Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar təşkil edib, deyə Reza Vəziri bildirib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *