SOCAR BP-dən idarəçi transfer edib
“SOCAR Turkiye Enerji A.Ş.”də kadr dəyişikliyi olub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr bölməsinin rəhbəri vəzifəsinə Murat LeCompte gətirilib.
Bu aydan yeni vəzifəsinin icrasına başlayan M. LeCompte “SOCAR Turkiye Enerji A.Ş.” və törəmə müəssisələrin korporativ, media, müəssisədaxili əlaqə, sosial məsuliyyət layihələri və böhranın idarə edilməsi strategiyasının hazırlanmasına görə cavabdehlik daşıyacaq.
Qeyd edək ki, enerji və texnologiya sahəsində 27 illik iş təcrübəsinə malik M.LeCompte 2006-2017-ci illərdə “BP Türkiyə” şirkətində xarici əlaqələr üzrə müdir və korporativ əlaqələr direktoru vəzifəsində çalışıb.
Mənbə:> APA