ABŞ dollarla bağlı vacib qərar qəbul etdi
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) növbəti iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə FED-in rəsmi saytında məlumat verilir.
İclasda əsas uçot dərəcəsini 1-1,25%-dək artırmaq barədə qərar qəbul olunub. Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Qeyd edək ki, sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.
Əsas uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq.
Mənbə:> Oxu.Az