Təqaüdçülərə şad xəbər: Pensiyalar verildi
Bakı şəhərində pensiyaların maliyyələşdirilməsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu ay üzrə pensiyaların maliyyələşməsi gecikmişdi.
Belə ki, pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait, adətən, Bakı şəhərində hər ayın 9-10-da hesablara köçürülürdü. Ayın 13-ü paytaxt üzrə maliyyələşmə başa çatırdı.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Bakı şəhəri üzrə maliyyələşməni yekunlaşdıracaq.
Mənbə:> Oxu.Az