Neft Fondunun satdığı dolların həcmi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft Fondunun satdığı dolların həcmi məlum oldu

Neft Fondunun satdığı dolların həcmi məlum oldu


2017-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 24 valyuta hərracı keçirilib.

AzNews.info “Marja”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə “Pul siyasəti icmalı”da öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, rüb ərzində Neft Fondunun xarici valyuta satışları 793,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.

Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib.

Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdankənar alqı-satqı əməliyyatlarının həcmi 102,5 mln. ABŞ dolları olub.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *