“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib » AzNews.info -Xəbər portalı

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilib


Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklər təsdiq edilib.

AzNews.info “Report”a istinadən xəbər verir ki, dəyişikliklərlə bağlı hazırlanan qanun layihəsi müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədi ilə hazırlanıb.

Dəyişikliklə əmlak inzibatçısının hüquqlarına borc (kredit) müqavilələri bağlamaq da əlavə olunacaq.

Borclunun təsərrüfat fəaliyyətini idarə etmək və bu məqsədlə borclunun adından əqdlər, o cümlədən müqavilələr, razılaşmalar və güzəştli sazişlər, habelə borc müqavilələri bağlamaq və ya bağlanılmış əqdlərin icrasını davam etdirmək əmlak inzibatçısının hüququdur.

Dəyişikliklə qanuna borclunun vəsaitlərinin satılmasına dair 24.1 maddə əlavə olunub. Bu maddəyə əsasən, borclunun əsas vəsaitlərinin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və ya qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir.
26-cı maddə borclunun aktivlərinin digər üsullarla satılmasını nəzərdə tutur.

Bu maddəyə edilən dəyişikliklə borclunun əmlakının digər üsulla satılması üçün əmlak inzibatçısının əsaslı qənaəti deyil, kreditorların yığıncağının əsaslı qənaəti əsas kimi götürüləcək.

40-cı maddəyə edilən əlavəyə əsasən, sağlamlaşdırma məsələsinə baxılması məqsədilə iflas prosesinin dayandırılması barədə istənilən vaxt məhkəməyə kreditor da müraciət edə bilər.

Dəyişiklikdən əvvəlki qanuna əsasən, isə ancaq borclunun müraciət etmək hüququ var.
55-ci maddəyə (borclunun öz əmlak hüquqlarının məhdudlaşdırılması) edilən əlavəyə görə, borclunun ödəmə qabiliyyətsizliyinə səbəb olan aşağı qiymətləndirilmiş (digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az qiymətlə) əqdlər bağlandıqda, əmlak inzibatçısı borclunun öz əmlak üzərində hüquqlarının hər hansı şəkildə verilməsinin məhdudlaşdırılması barədə qanunverciliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Layihədə qeyd olunub ki, borcluya aidiyyəti olan şəxslər əmlak inzibatçısı seçilə bilməz.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *