Rusiya İxrac Mərkəzi Azərbaycanda öz nümayəndəliyini açacaq
Rusiya İxrac Mərkəzi (RİM) üç ölkədə - Hindistan, İndoneziya və Azərbaycanda öz nümayəndəliklərini açmağı planlaşdırır.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bunu RİM qrupunun icraçı direktoru Aleksey Tyupanov bildirib.
A.Tyupanov deyib: “2016-cı ildə biz altı nümayəndəlik açmışıq. 2017-ci ildə Hindistan, İndoneziya və Azərbaycanda, yəni Rusiya ixracının inkişafı üçün böyük potensial mövcud olduğunu yəqin etdiyimiz ölkələrdə nümayəndəliklər açmağı planlaşdırırıq”.
RİM 2017-ci ildə xarici dövlətlərdə bu mərkəzin 45 məntəqəsini də təşkil etmək fikrindədir.
Mənbə:> Oxu.Az