Dolların qiyməti dəyişdi
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak ilə növbəti hərrac keçirilib.
AMB-dən virtualaz.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bundan öncəki hərracda bu məzənnə 1.7025 olub.
Onu da qeyd edək ki, AMB-nin bu günə müəyyənləşdirdiyi rəsmi məzənnə də 1,7022 manatdır.
Mənbə:> Virtualaz.org