"Qara bazar"da dollar 1,64 manata düşdü – YENİLƏNİB
Bu gün keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsinin 1,7031 səviyyəsində formalaşmasının ardınca kommersiya banklarında və "qara bazar”da Amerika valyutasının məzənnəsi sürətlə düşür.
Virtualaz.org-un məlumatına görə, artıq “qara bazar”da dolları 1,64 manata alırlar. Bu son bir neçə ay ərzində dollar alınmasında ən aşağı məzənnədir.
* * *13:00
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
AMB-dən virtualaz.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bu günə dolların rəsmi məzənnəsi 1,7140 manatdır. Başqa sözlə, hərracda manat dollara nisbətən 0,6% möhkəmlənib.
Mənbə:> Virtualaz.org