Tonlarla Azərbaycan tərəvəzi Rusiya ilə sərhəddə saxlanılıb
Rusiya-Azərbaycan sərhədində Azərbaycandan göndərilmiş 19,2 ton tərəvəz saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə RİA “Dağıstan”a nəzarət orqanının mətbuat xidmətindən xəbər veriblər.
Mənbənin məlumatına görə, ümumilikdə təxminən 14 ton pomidor və 5,2 ton kartof saxlanılıb.
Tərəvəzin gətirilməsinə qoyulmuş məhdudiyyətin səbəbi kimi karantin şərtlərinə müvafiq məhsulların idxal-ixrac qaydalarını pozması və fitosanitar sertifikatın natamam rəsmiləşdirilməsi göstərilib.
Yoxlama nəticəsində fitosanitar sertifikat etibarsız hesab olunub və karantin şərtlərinə müvafiq məhsulların ölkəyə daxil edilməsinə qadağa qoyulub. Yükün sahibi isə inzibati qaydada məsuliyyətə cəlb edilib.
Mənbə:> Virtualaz.org