Dünya bazarında Azərbaycan nefti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin 1 barelinin qiyməti 0,31 dollar, yaxud 0,57% artıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 54,71 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Report