Mübariz Mənsimov virtualaz.org-a cavab verdi » AzNews.info -Xəbər portalı

Mübariz Mənsimov virtualaz.org-a cavab verdi

Mübariz Mənsimov virtualaz.org-a cavab verdi

“Xəzər Lənkəran” futbol klubu “Futbol+” qəzetinin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Bildirdiyimiz kimi, qəzetin baş redaktoru Mahir Rüstəmli “Palmali” şirkətlər qrupunun başçısı, “Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimova açıq məktub yazaraq, iş adamını qəzetə borclu olduğu 9 min manatı ödəməyə çağırıb. Məktubda bildirilir ki, borc 2015-2016-cı illərdə qəzetdə yayımanmış reklama görə yaranıb.

“Xəzər Lənkəran” futbol klubu yarandığı ilk günlərdən öz təşəbbüsü ilə Azərbaycanda idman mediasının dəstəklənməsi məqsədilə saytlar və qəzetlərlə əməkdaşlıq edib və bu günə qədər də müqavilələr üzrə öhdəliklərinin yerinə yetirib, - klubdan virtualaz.org-a göndərilən məktubda deyilir. – Qeyd etməyə dəyər ki, klubumuzun heç zaman reklama ehtiyacı olmayıb və biz KİV-lə yalnız onların inkişafı naminə əməkdaşlıq etmişik.

O ki qaldı “Futbol+”un müraciətinə, müqavilənin 6.1-ci bəndinə əsasən, klub birtərəfli qaydada sazişi poza bilər və bu da edilib. Beləliklə, “Xəzər Lənkəran” futbol klubunun qəzetə heç bir borcu yoxdur.

Digər ittihamlara gəlincə, qəzetin sahibi ilə klubumuzun nümayəndəsi arasında telefon danışığı baş tutub və bütün məsələlər nəşrin sahibinin nəzərinə çatdırılıb. Zərurət yaranarsa, danışığın məzmunu və digər təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *