İxrac mallarının puluna Palata nəzarət edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İxrac mallarının puluna Palata nəzarət edəcək – YENİLİK

İxrac mallarının puluna Palata nəzarət edəcək


Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib.

Oxu.Az bbn.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə Palata nəzarət edəcək.

Bundan irəli gələrək, Palata ixrac olunan malların müqabilində vəsaitlərin ixracatçılarının bank hesablarına köçürülüb-köçürülmədiyinə nəzarətini banklar tərəfindən verilən məlumatlar əsasında həyata keçirəcək.

Bunun üçün hər bir bank, müştərisi olan ixracatçının ixrac etdiyi malın dəyərinə dair məlumatı elektron olaraq əldə etməli, həmin məlumat əsasında vəsaitin daxil olub-olmamasını müəyyən etməli və buna dair müvafiq məlumatını elektron olaraq daxil etməli olacaq.

Görüşdə qaydalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mexanizm müzakirə edilib və bankların məsələ ilə əlaqədar təklifləri səsləndirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *