Toyuq ətini süni yolla bahalaşdırırlar – VİDEO
Toyuq ətinin qiyməti artıb. Satıcıların sözlərinə görə, bahalaşma son günlər qeydə alınıb. Firmasından asılı olaraq qiymətlərdəki bahalaşma 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, toyuq ətinin bahalaşması mağaza və bazarlarda fərqlidir.
Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edirlər. Onların fikrincə, bayramla əlaqədar bahalaşma davam edəcək.
Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə, toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.
Mənbə:> Oxu.az