Nazir: Aramsız zənglər aradan qaldırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Nazir: Aramsız zənglər aradan qaldırılıb

Nazir: Aramsız zənglər aradan qaldırılıb


“Sahibkarları narahat edən əsas məsələlər - vergi yoxlamaları, xüsusilə kameral yoxlamalar, operativ nəzarət tədbirləri sahələrində müşahidə olunan problemlər, o cümlədən vergi əməkdaşları tərəfindən edilən aramsız zənglər, bank hesablarına tez-tez sərəncamların qoyulması və s. kimi məsələlər aradan qaldırılıb.

Mühüm məsələlərdən biri də budur ki, yeni administrativ yanaşmada vergi orqanlarının təhlil aparılmadan, onun zəruri əsaslandırılması olmadan yoxlama keçirməsinin mümkünsüzlüyü öz əksini tapıb. Vergi öhdəlikləri və vergi potensialı risk modulları üzərindən dəyərləndiriləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) saytında yerləşdirilmiş məqaləsində deyilir.

Onun sözlərinə görə, artıq Vergilər Nazirliyində risklərin avtomatik emal edilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risklərin qiymətləndirilməsi sistemi yaradılıb:

“Yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək. Aşağı risk qrupları üçün vergi ödəyicilərinin hesablarına sərəncam qoyulması, ölkədən çıxışlarına məhdudiyyətlərin müəyyən edilməsi məhdudlaşdırılacaq, KOS (kiçik və orta sahibkarlıq) subyektlərində yoxlamalar təkmilləşdiriləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq.

KOS subyektlərində səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. Operativ vergi nəzarəti prosesi təkmilləşdirilərək yeni qaydalara uyğun, daha sivil formada aparılacaq.

İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcəkdir. 2011-ci ildən təsdiqlənmiş Avropa standartları əsasında fəaliyyət göstərən (“Austrian Standards plus” tərəfindən müvafiq sertifikat verilib) və cavablandırdığı sorğuları hüquqi qüvvəyə malik olan Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti daha da təkmilləşdiriləcək”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *