Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, hərracda ümumilikdə 16 dövlət əmlakı olmaqla, 2 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.
Hərracda özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir.
Bu əmlakların 1-i ticarət, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.
Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkərən rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub.
Bunlar Sabunçu rayonundakı 101 kv.m. sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonunda yerləşən 433,1 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsidir.
Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahəsi isə 50 min manata özəlləşdirilib.
Xatırladaq ki, növbəti belə hərrac 28 fevralda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Mənbə:> Oxu.az