Azərbaycana xarici ölkələrdən hansı məhsullar gətirilir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycana xarici ölkələrdən hansı məhsullar gətirilir?

Azərbaycana xarici ölkələrdən hansı məhsullar gətirilir?


Azərbaycana gətirilərək dövlət qeydiyyatına alınan məhsullar arasında Türkiyə, Rusiya, Ukrayna və Avropanın – Almaniya, Fransa, İtaliya və digər ölkələrindən gətirilənlər daha çoxdur.

Aznews.info Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycana ət məhsulları daha çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanadadan, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir.

N.Saleh bildirib ki, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsulları üstünlük təşkil edir.

N.Saleh əlavə edib ki, 2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınır. Ötən il 10998 qida məhsulu, 4484 qeyri-ərzaq məhsulları laborator müayinələrdən keçdikdən sonra dövlət qeydiyyatına alınıb.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *