“Qara qızıl”ın qiyməti bahalaşdı
Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,29% artaraq bir barelə görə 55,75 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,25% bahalaşaraq 53,06 dollara satılıb.
Mənbə:> Oxu.az