İran və Azərbaycan milli valyutada ticarətə keçə bilərlər
Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək.
Bu sözləri “Trend”ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.
Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.
Mənbə:> Trend