Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı

Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı


Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, bu əsasnamə Azərbaycan ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.

Əsasnaməyə əsasən, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Dəyişikliyə əsasən, bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4”, “Avro-5” və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan avtodaşıyıcılarına verilməsi də Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *