Beynəlxalq zənglərin qiyməti dəyişdirilib? – AÇIQLAMA
Azərbaycanda beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bəzi KİV-də Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə əsassız məlumatlar yayılıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.
Mənbə:> APA