“AzeriLight”ın qiyməti bahalaşdı
Azərbaycan nefti bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,68 dollar və ya 1,2% artaraq 57,47 dollar təşkil edib.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə:> Oxu.Az