Dolların növbəti 3 günə olan MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 30-a olan USD/AZN məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,9165 səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin daha 0,51% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, bu günə olan USD/AZN məzənnəsi isə 1,9068 manat olub.
Mənbə:> Oxu.Az