Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı – AÇIQLAMA

Vergilər Nazirliyindən xaricə axan pullarla bağlı


Vergilər Nazirliyi “Qafqazinfo”da yayımlanan “Azərbaycan pulu yenə xaricə axmağa başladı” yazısına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, yazıda qeyd olunurdu ki, elektron ticarətə 18 faiz ƏDV-nin tətbiq olunmasına görə xaricdən xidmət alan vətəndaşlar Gürcüstanda bank hesabı açdırır və xidmətləri oradan sifariş verir.

Bununla bağlı nazirliyin mətbuat xidməti bildirir ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklər ilə vergi ödəyicisi olmayan vətəndaşlar tərəfindən elektron ticarət sahəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsi əks olunub.

Belə ki, vətəndaşlar tərəfindən elektron ticarət qaydasında iş və xidmətlər alındığı halda banklar xarici bankın Azərbaycandakı filialları tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablayıb, büdcəyə ödəyir. Elektron ticarət qaydasında malların alışına görə banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV hesablanmır.

Vergi Məcəlləsində edilmiş bu dəyişiklik, yəni 18 faiz dərəcə ilə ƏDV-nin banklar tərəfindən alıcının vəsaiti hesabına tutulması yalnız vətəndaşların apardığı əməliyyatlara tətbiq edilir.

Sahibkarlar tərəfindən elektron ticarət qaydasında iş və xidmət alınarkən Vergi Məcəlləsinə uyğun olaraq sahibkarın özü tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmaqla yanaşı, həmin məbləğin tam həcmindən 18 faiz dərəcə ilə ƏDV hesablayıb büdcəyə ödəyirlər.

Göründüyü kimi, sahibkarlar tərəfindən xaricdən iş və xidmət alınarkən banklar tərəfindən xaricə köçürülən ödənişlərdən 18 faiz dərəcə ilə vergi tutulmur və yaranan vergi öhdəlikləri sahibkarlar tərəfindən ödənilir.

Əlavə olaraq bildiririk ki, elektron ticarət qaydasında alınan xidmətlərə internet üzərindən elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi və sair bu kimi xidmət aid edildiyindən, vətəndaşların belə xidmətlərin alışına görə xarici ölkələrdə hesab açdırması real mənzərəni əks etdirmir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *