Nazirlikdən elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazirlikdən elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı – VACİB AÇIQLAMA

Nazirlikdən elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı


Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 5-ci maddələrində müvafiq əlavə və dəyişikliklər edilib.

Bu barədə Oxu.Az Vegrilər Nazirliyinə istinadən xəbər verir.

“Elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olmaq məqsədi ilə “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər əsasən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə əks etdirir.

Qeyd edilən Qanuna edilmiş dəyişikliklərlə “elektron ticarət” anlayışı yeni formada verilmiş, POS-terminal, kart təşkilatı və elektron pul kisəsi adlı yeni anlayışlar əlavə edilmişdir.

Belə ki, artıq elektron ticarət dedikdə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet vasitəsi ilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən hazırlanmışdır reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

POS-terminal dedikdə ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıq, kart təşkilatı dedikdə kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini həyata keçirən xidmət mərkəzi (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi nəzərdə tutulur.

Elektron pul kisəsi dedikdə isə fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı başa düşülür.

Qeyd edilən qanuna əlavə edilmiş yeni 5.3.7-ci maddəyə əsasən satıcı (təchizatçı) alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının özü barədə bir sıra məlumatlarla yanaşı həmçinin ödənişlərin POS-terminal, internet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlarla tanış olmasına imkan yaratmalıdır.

Qanuna əlavə edilmiş 5.6-cı və 5.7-ci maddələri ilə satıcılara yeni tələblər müəyyən edilmişdir. Belə ki, dəyişikliyə əsasən satıcı (təchizatçı) elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) təqdim edilməsini internet şəbəkəsi vasitəsi ilə ödəmək imkanı verən ödəniş proqramının təminatçısı ilə bağlanmış müqavilə əsasında həyata keçirir.

Eyni zamanda satıcı özü barəsində qanunda nəzərdə tutulan məlumatları alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, onun ölkə ərazisində fəaliyyəti Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhdudlaşdırılır.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinin 16.1.11-1-ci, 168.1.5-ci və 169-cu müddələrinə əlavə və dəyişikliklər edilmişdir.

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə edilmiş əlavəyə əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlər və xidmətlər təqdim edildiyi, habelə elektron qaydada təşkil olunan lotereyalar, digər yarışlar və müsabiqələr keçirildiyi halda, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən hazırlanmışdır nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer hesab edilir.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə edilmiş əlavəyə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi) ƏDV məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə edilmiş əlavələrə əsasən isə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyd edilən maddə ilə müəyyən edilmiş qaydada qeyrirezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. Qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaqdır”, - deyə nazirliyin açıqlamasında qeyd edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *