“Aİ-92” markalı benzinin qiyməti qalxa bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Aİ-92” markalı benzinin qiyməti qalxa bilərmi? – RƏSMİ AÇIQLAMA

“Aİ-92” markalı benzinin qiyməti qalxa bilərmi?


Yanvarın 12-dən etibarən Azərbaycana xaricdən idxal olunan “Aİ-95 Premium” markalı benzinin qiyməti 10 qəpik qalxaraq 1,05 AZN olub.

Qiymət artımının Azərbaycanda istehsal olunan və çoxluğun istifadә etdiyi “Aİ-92” markalı benzinə şamil edilmədiyi bildirilsə də, iqtisadçılar yaxın gələcəkdə yerli istehsalda da qiymət fərqinin yaranacağını iddia edir.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo” məsələylə bağlı ekspert Natiq Cəfərlidən münasibət öyrənib.

İqtisadçı bildirib ki, müəyyən nüanslar var ki, qiymət artımını qaçırılmaz edir:

“Düzdür, “Aİ-95 Premium” markalı benzinin qiymətini Tarif Şurası müəyyən etmir. Əslində, sərbəst bazar qiyməti olmalı və tez-tez dəyişməli idi.

Ancaq Azərbaycanda rəqabət mühiti olmadığı və benzini bir şirkət gətirdiyinə görə qiymət standartı ilk gündən bu günə kimi eyni davam edirdi. Nəyə görə qiymət artımı “Aİ-92” markalı benzinə də şamil oluna bilər?

Hazırda psixoloji ortam yarandı və qiymət artımının mümkün olacağı gözləntilərini yüksəltdi. Dünya bazarında da neftin qiymətində müəyyən dəyişikliklər var ki, təxminən 56-57 dollara qədər Azərbaycan nefti qalxır.

Çox zaman xam nefti xarici valyuta ilə satmaq yerli şirkətlərə daha çox xeyir gətirir. Bu səbəbdən də SOCAR gələcəkdə xaricə xam neft satmağa üstünlük verə bilər. Belə olduğu halda da yerli istehsal olan benzin qiymətlərinə təsir edəcək.

Bundan başqa, bir müddət əvvəl belə bir xəbər var idi ki, SOCAR-ın neftayırma zavodları hissə-hissə təmirə bağlana bilər. Bu zaman hətta “Aİ-92” markalı benzin də xaricdən alınacaq. O cümlədən, Rusiyadan almağı düşünürdülər. Əgər benzin xaricdən alınsa, bu sahədə də qiymət fərqi yaranacaq və Tarif Şurası qiymətləri artırmaq məcburiyyətində qalacaq”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə açıqlamasında “Aİ-92” markalı benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı bir müraciətin daxil olmadığını və hazırda bu məsələnin qurumda müzakirə edilmədiyini bildirib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *