Bugünki valyuta hərracının bitmə vaxtı ertələnib
Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birlikdə mütəmadi olaraq həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 12:00-a qədər keçirdiyi valyuta hərracının vaxtı dəyişdirilib.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu günə təyin olunan hərracın vaxtı texniki səbəblərdən saat 15:30-a qədər ertələnib.
Xatırladaq ki, AMB-nin bu günə olan dolların rəsmi məzənnəsi 1,7742 AZN/USD-yə bərabərdir.
Mənbə:> Report.az