Bir kilovat saat elektrik enerjisi ilə nə etmək olar?
Elektrik enerjisinin qiymətinin bahalaşması qənaət etməyi zəruri edib.
Qiymətlərin bahalaşdığını nəzərə alaraq sual yarana bilər ki, evdə 1 kilovat saat elektrik enerjisi ilə hansı işləri görmək olar?
Aznews.info xəbər verir ki, Fins.az bu məsələni araşdırıb.
Evdə
- Bir maşın paltar yumaq (söhbət paltar yuyan maşından gedir);
- 15 köynək ütüləmək olar;
- 60 vatlıq lampa 17 saat yana bilər;
- Orta səviyyəli tozsovuran 60 dəqiqə işləyə bilər (1000 Vatt);
- Qənaətli lampaları 90 saat yandırmaq olar (11 Vatt);
Mətbəxdə:
- İki gün 300-litrlik soyuducu işləyə bilər;
- Bir tort bişirmək olar;
- Elektrik peçində dörd nəfərlik yemək bişirmək olar;
- 70 fincan qəhvə hazırlamaq olar;
- 133 dilim çörək qızartmaq olar (tosterdə);
- Bir kilovat saat enerji ilə 60 dəqiqə saç qurutmaq olar;
- Yeddi saat televiziyaya baxmaq olar;
2500 kişi 1 kilovat saat elektrik enerjisi ilə üzünü qırxa bilər. Bu böyük bir kənd əhalisinin bütün kişiləri deməkdir.
Qeyd edək ki, bu məbləğlər istifadə olunan cihazlardan asılı olaraq az fərqli ola bilər.
Mənbə:> Fins.az