Vergilər Nazirliyində struktur dəyişiklikləri davam edir
Vergilər Nazirliyinin Xüsusi Gəlirlər Departamenti Milli Gəlirlər Departamenti adlandırılıb.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, departamentə əvvəlki kimi Habil Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, departament struktur dəyişiklikləri çərçivəsində Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentinin bazasında yaradılıb.
Mənbə:> Trend.az