Kassa qəbzləri xərc sənədi sayılmayacaq – YENİ QAYDA
Bu ildən kassa qəbzləri xərc sənədi sayılmayacaq.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu, Vergilər Məcəlləsinə edilən son dəyişikliklərdə öz əksini tapıb.
“109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur”, - deyə son dəyişiklikdə qeyd olunub.
Xatırladaq ki, hazırda hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablaşma zamanı nağd pul vəsaitlərindən istifadə edərək ödəniş müqabilində mədaxil qəbzi və kassa çeki əldə edirlər. Bu sənədlər eyni zamanda sahibkarlıq subyektlərinin xərc sənədləri hesab edilir.
2016-cı ildə alınmış, lakin dəyəri ödənilməyən, həmçinin 2017-ci ildən alınacaq malların dəyəri ödənilərkən satıcının təqdim etdiyi nəzarət-kassa aparatının çeki və ya qəbz xərc sənədi hesab edilməyəcək.
Odur ki, 2017-ci ildən alınmış malların dəyəri nağd ödənildiyi halda, bu xərclər mənfəət hesablanarkən nəzərə alınmayacaq.
Mənbə:> Fins.az