Dollar sabit qaldı, avro isə ucuzlaşdı – FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 28-i müqayisədə dəyişməyərək 1,7662 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8488 manatdan 1,8467 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0291 manatdan 0,0292 manatadək artıb.
Türkiyə lirəsinin məzənnəsi 0,5012 manatdan 0,4993 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdan 2,1635 manatadək ucuzlaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6723 manatdan 0,6646 manatadək azalıb.
Mənbə:> Oxu.Az