Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli...

Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli...

Dövlət Statistika Komitəsi bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ərzaq mallarının bahalaşmasına dair statistikanı açıqlayıb. Komitənin açıqladığı rəqəmlərə görə göstərilən dövr ərzində çörək məmulatları və yarmalar 17.4 faiz, ət məhsulları 6.2 faiz, süd məhsulları, pendir və yumurta 11.3 faiz, yağlar 26 faizə yaxın, meyvələr 12 faizə yaxın, tərəvəz 5.5 faiz, qənd, cem, bal, şokolad və konfetlər 20 faizdən çox, digər ərzaq məhsulları 23 faiz, qəhvə, çay, kakao az qala 30 faiz bahalaşıb. Mineral sular, sərinləşdirici içkilər və şirələrdə isə 25 faizə yaxın bahalaşma var.

Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə müşahidə olunan bahalaşmadır. Ümumiyyətlə, Azərbaycanda kəskin bahalaşma, o cümlədən ərzaq mallarının kəskin bahalaşması 2015-ci ilin əvvəllərində manatın birinci devalvasiyasından sonra start götürüb. 2015-ci ildə ölkədə inflyasiya 10 faizi keçib. Bu ilki bahalaşmanı da nəzərə alanda bir çox gündəlik tələbat mallarının devalvasiyadan bəri az qala iki dəfə bahalaşdığı görünməkdədir.

Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli...


Ümumiyyətlə, iqtisadçı ekspertlər hesab edirlər ki, Dövlət Statistika Komitəsinin açıqladığı faizlər real qiymət artımı səviyyəsini əks etdirmir. Xüsusən də statistikaya düşməyən oktyabr-noyabr aylarında və dekabrın ilk həftələrində qiymətlərdə artım davam edib. Xüsusən kənd təsərrüatı mallarında, meyvə-tərəvəzdə ciddi qiymət artımı müşahidə olunur. Buna Yeni il bayramının yaxınlaşmasının və qış mövsümünün də təsiri var.

Məsələn, “Təzə bazar”da almanın kiloqramı 1 manat 50 qəpikdən -5 manatadəkdir. Yerli kivi 2 manata, nar 2 manat 50 qəpiyə, xurma 1 manat 50 qəpiyə, portağal 3 manata təklif edilir. Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarın topdansatış məntəqələrində feyxua 1 manat 50 qəpik, Göyçay narı 2 manat, yerli heyva 80 qəpik, kök 1 manata satılır.

Meyvə-tərəvəz satıcıları bahalaşmanı qıtlıqla əlaqələndirirlər. Onların sözlərinə görə, fermerlər məhsulları soyuducu anbarlara yığaraq kəskin bahalaşmadan sonra satmağı düşünürlər. Məhsulunu saxlayıb xarici bazarlara çıxarmağı planlaşdıranlar da çoxdur.

Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli...


Kənd Təsərrüfatı Naziriyi də anbarlarda məhsulun çox olduğunu təsdiqləyir. “Anbarlarda meyvə-tərəvəz var. Sadəcə olaraq fermerlər sərfəli şərait yarandığı vaxt məhsulunu satışa çıxaracaq”,-nazirlikdən deyiblər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, bu il meyvə-tərəvəz istehsalı azalıb. “İstehsal azalıb, bu da qiymətlərin kəskin artmasına təsir edib. Amma dekabrın 10-dan anbardakı məhsullar satışa çıxarılır. Fermerlər bayramqabağı bahalaşmadan istifadə etməyə çalışırlar. Bayramdan sonra bahalı meyvə-tərəvəzi kim alacaq. Ən əlverişli vaxt indidir”, -V.Məhərrəmov deyib.

Azərbaycanda ərzaq bahalaşması: bəziləri yavaş, bəziləri lap sürətli...


Ekspertin sözlərinə görə, bazarlarda bahalaşmanın soyuducu anbarlarlarla əlaqəsi şübhəsiz ki var. Lakin elektrik enerjisinin və təbii qazın qiymətlərinin artırılmasından sonra narahatlıq var ki, fermerlər üçün məhsullarını bu anbarlarda saxlamaq sərfəli olmaya bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *