Yeni il bayramından sonra dollar hansı qiymətə satılacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Yeni il bayramından sonra dollar hansı qiymətə satılacaq?

Yeni il bayramından sonra dollar hansı qiymətə satılacaq?


Yeni il bayramından sonra ölkəmizdə dolların proqnozlaşdırılan məzənnəsini müəyyən etmək üçün bir neçə iqtisadçıya müraciət edilib.

Qeyd edək ki, onların fikirləri bir-birindən kifayət qədər fərqlənir.

Aznews.info Virtualaz.org-a istinadən xəbər verir ki, Vüqar Bayramovun fikrincə, ölkədə iqtisadi vəziyyət iki ssenari üzrə inkişaf edə bilər. Bundan asılı olaraq, dollar tədricən, yaxud sürətlə yüksələ bilər.

“Əgər Mərkəzi Bank indiki siyasətini davam etdirsə, 2017-ci ilin yanvarında dolların məzənnəsi 1,95 manata çatacaq. Yox, əgər AMB manatın məzənnəsini tamamilə liberallaşdırsa, qısa müddətdə dolların qiyməti 2,20-2,50 səviyyəsinə qalxacaq”, – V.Bayramov deyib.

Manatın məzənnəsinə təsir edən iki amil barədə Milli Məclisin deputatı Vahid Əhmədov da danışıb. Bunlardan birincisi, ixracat-idxalatın artması, yaxud azalmasıdır. Daha dəqiq desək, ixracatı artırmaqla, idxalatı azaltmaq mümkün olacaqmı?

“Xarici ticarətin müsbət saldosuna nail olmaq lazımdır. Hələlik ticarət balansında 5 milyard manatlıq kəsir var”, – ekspert deyib.

İkinci amil isə, onun fikrincə, dünyada neftin qiymətlərinin xeyli artmaq perspektividir: “Neftin qiyməti qalxarsa, manatın məzənnəsini indiki səviyyədə saxlamaq mümkündür. İstənilən halda, manat tənzimlənən sərbəst üzməyə keçəcək, lakin bu, o demək deyil ki, Mərkəzi Bank daxili valyuta bazarında vəziyyətə təsir etmək iqtidarında olmayacaq”.

V.Əhmədovun fikrincə, dollardan imtina mümkün deyil, lakin tədricən milli valyuta öz real gücünü tapacaq, daxili və xarici investorların işgüzar fəaliyyətinə müsbət təsir göstərəcək.

Ölkənin qocaman iqtisadçısı Oqtay Haqverdiyev isə bildirib ki, artıq 2017-ci ilin əvvəlində dollar 2 manat səviyyəsinə çatacaq. Onun sözlərinə görə, dövlət büdcəsinin gələn il builkindən az olması onu göstərir ki, iqtisadiyyatda vəziyyət çətin olacaq.

“Çox şey neftin dünya bazarlarında qiymətindən asılıdır. Gələn il isə neftin qiyməti, yəqin ki, 40-60 dollar arası olacaq”, – ekspert bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *