Abşeronda müəllimlərin maaşı gecikir
Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.
Aznews.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər.
Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.
Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, artıq noyabr ayının məvacibi artıq hesablara köçürülüb:
“Bu gün axşamadək bütün müəllimlər əməkhaqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə 10 gün ərzində hesablara yatırılacaq”.
Mənbə:> Qafqazinfo.az