Elman Rüstəmov “qara bazar”dan danışdı
“Əlaqədar orqanlar “qara bazar”la ciddi mübarizə aparır”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
“Bu işdə Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır.
Bu gün “qara bazar”la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir”, - deyə baş bankir qeyd edib.
Mənbə:> APA