Deputat: Pensiyaların məbləğində əhəmiyyətli artım gözlənilir
“Azərbaycanda gələn il üçün nəzərdə tutulan müsbət bir dəyişiklik də pensiyaların təkcə sığorta hissəsinin deyil, bütövklükdə məbləğinin indeksasiyası ilə bağlı olacaq”.
Aznews.info “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında MM-in Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli bildirib: “Bu da əhəmiyyətli artıma gətirib çıxara bilər”.
Onun sözlərinə görə, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı da gözlənilir.
H.Rəcəbli bildirib ki, debitor borclar probleminin həlli istiqamətində aparılan işlər yaxşılaşdırılmalıdır: “Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var”.
Mənbə:> Report.az