“Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır” – NAZİR

“Tarif dəyişikliyi SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır”


İqtisadiyyat naziri Şahin Mustafayev bəzi kommunal xidmətlərin qiymətlərin differensiallaşdırılması səbəblərini açıqlayıb.

“APA-Economics”in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev millət vəkilləri tərəfindən səslənən təkliflərə münasibət bildirərkən deyib ki, tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə üzləşməsi ilə bağlıdır:

“Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetr qazı satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq, SOCAR zərərlə işləyirdi. Buna görə, nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq da mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı. Əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi. Qaz istehlakına görə tariflər gələn ilin yanvarın 1-dən tətbiq olunacaq və əhalinin yeni tariflərlə ödəniş etməsi əsasən yay aylarına təsadüf edəcək. Maliyyə naziri Samir Şərifovun da qeyd etdiyi kimi, əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur”.(APA)

“AzPolitika” xatırladır ki, Şahin Mustafayevin bu açıqlaması qazın bahalaşması ilə bağlı bir-birinə zidd azı 3-cü rəsmi izahatdır. Bundan əvvəl açıqlama verilmişdi ki, bahalaşma guya aztəminatlı təbəqənin maraqlarının qorunması məqsədilə edilib və əldə olunacaq gəlir (?) bu istiqamətə yönəldiləcək.

İndi isə Şahin Mustafayev deyir ki, qazın bahalaşması SOCAR-ın ziyanını qarşılamaq məqsədilə atılmış addımdır.

Mənbə: AzPolitika
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *