Elman Rüstəmov manatı sabit saxlamaq üçün çəkilən xərcləri açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Elman Rüstəmov manatı sabit saxlamaq üçün çəkilən xərcləri açıqladı

Elman Rüstəmov manatı sabit saxlamaq üçün çəkilən xərcləri açıqladı


“2014-cü ilin ikinci yarısından başlayaraq neftin qiymətinin 3 dəfəyədək azalması bütün neft ixracatçısı olan ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ciddi çağırışlar formalaşdırıb”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanın ixracının həcmi 12,8 mlrd. dollar olacağı gözlənilir ki, bu da pik dövrə, yəni 2011-ci ilə nisbətən təxminən 22 mlrd. dollar azdır:

“Neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə son 10 ildə ilk dəfə olaraq 2015-ci ildə tədiyyə balansı 2013-cü ildəki 17 mlrd. dollardan profisitdən 200 mln. dollarlıq defisitə keçib.

Yaranmış şəraitdə makroiqtisadi orqanlar qarşısında əsas valyuta gəliri təxminən 3 dəfədən aşağı düşmüş bir iqtisadiyyatı yeni reallıqlara uyğunlaşdırmaq, yeni milli iqtisadiyyatı təkrar balanslaşdırmaq vəzifəsi qoyulub.

İlk növbədə, makroiqtisadi siyasətə korreksiya istiqamətində büdcə xərclərinin yığcamlaşdırılması siyasəti həyata keçirilməyə başlanılıb. 2013-cü ildən bəri büdcə xərcləri 2,1 mlrd. manat və ya 11% aşağı salınıb.

Büdcəyə Dövlət Neft Fondundan transfertlər əhəmiyyətli şəkildə azaldılıb və bu vəsaitlərin həcmi 2013-cü ildə 14,5 mlrd. dollardan mərhələlərlə 2016-cı ildə 4,7 mlrd. dollara endirilib və təxminən 3 dəfədən çox azaldılıb.

İqtisadiyyatda valyuta təklifinin əhəmiyyətli azaldılması və əsas xarici ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının iki dəfədən çox devalvasiyaya uğraması manatın məzənnəsində adekvat korreksiya edilməsini qaçılmaz edib.

Bunu nəzərə alaraq 2015-ci ildə manatın devalvasiyası həyata keçirilib, idarəolunan üzən məzənnə rejiminə keçilib. 2016-cı ilin fevralında Mərkəzi Bank üzən məzənnənin prinsipi olaraq valyuta bazarında iştirakını minimuma endirib. Dövlət Neft Fondunun valyuta bazarında satışları isə şəffaf əsasda elektron bazada təşkil olunmuş hərraclar vasitəsi ilə həyata keçirilib”.

Baş bankir qeyd edib ki, yeni məzənnə siyasətinə keçid pul siyasətinin sərtləşdirilməsi ilə müşayiət olunub, faiz dərəcələri əhəmiyyətli yüksəldilib və inflyasiya səviyyəsinə uyğunlaşdırılıb.

Onun sözlərinə görə, başlıca iqtisadi qurumlarla razılaşdırılmaqla sərt pul proqramı hazırlanıb və pul bazası ciddi nəzarətə götürülüb: “İlin əvvəlindən pul bazası cəmi 11% artıb. Əsas artım amili maliyyə sabitliyinə dəstək, o cümlədən bank sisteminin likvidliyinin və ödənişlərinin təmin olunması, əhalinin əmanətlərinin qaytarılması ilə bağlı olub.

Mərkəzi Bank aktiv olaraq izafi pul kütləsinin sterilizasiyası, yəni dövriyyədən çıxarılmasını həyata keçirib. 2015-ci ildə pul kütləsi 50% azalıb. 2016-cı ildə Mərkəzi Bank depozit əməliyyatları və qısamüddətli notlar vasitəsi ilə sterilizasiyasını davam etdirib.

Mərkəzi Bank cari ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin əhəmiyyətli hissəsini sterilizasiya edib. Bu sterilizasiya əməliyyatlarının həcmi təxminən 6 mlrd. manat təşkil edir.

Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olması və orada gərginlik yaratmasının qarşısı alınıb.

Məzənnə korreksiyası nəticəsində 2015-2016-cı illərdə milli iqtisadiyyatın xarici ticarətdə qiymət üstünlüyünü ifadə edən əsas göstərici - manatın nominal və real effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən 50%-dən çox ucuzlaşıb.

Bütövlükdə görülən tədbirlər strateji valyuta ehtiyatlarına düşən təzyiqi azaltmaqla və 2014-cü ilin transferləri bazasında, 2015-2017-ci illərdə 20 mlrd. dollardan çox strateji valyuta ehtiyatlarına qənaət etməyə imkan verib”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *