Tovuzda xalq ayağa qalxdı
Artıq 15 gündən çox müddətdir ki, Əhali Sosial Yardım üçün onlara ayrılan vəsaitini ala bilmir. Bu gün səhər saatlarında Tovuzda bir qrup əhali, içində də ziyalıların olduğu təbəqə Bakı İpək yolunu bağlamağa cəht ediblər. Əhali sosial vəziyyətlərinin aşağı olmasından işsizlikdən, süründürməçilikdən, rayon səhiyyə sistemində baş verən qanunsuzluqdan əziyyət çəkdiklərini qeyd ediblər.
AzNews.info bildirir ki, Reportyor.org- un hadisə yerində olan əməkdaşına sakinlər bildirib:
"Sosial yardım problemlərinin az bir hissəsini ödədiyi üçün sürünə-sürünə yaşayırdıq . Hal- hazırda onu da ala bilməyəndə evimizə bir tikə çörək apara bilmirik .
Cənab Prezident Sosial yardımı verdirdi ki, bizim kimi sosial vəziyyəti aşağı olan insanlar alsın, faydalana bilsin. Nəticə ona da möhtac qalmışıq, kommunal xərclər günü-gündən qalxır, ödəyə bilmirik, işsizlik baş alıb gedir, bəsdirin bu biyabırçılığa son qoyulsun."
Mənbə:> Reportyor.org