Millət vəkili: Kommunal xərclərin artırılması Azərbaycanın inkişafına töhfə verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Millət vəkili: Kommunal xərclərin artırılması Azərbaycanın inkişafına töhfə verəcək

Millət vəkili: Kommunal xərclərin artırılması Azərbaycanın inkişafına töhfə verəcək

“Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”.

AzNews.info baku.ws-ə istinadən xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:

“Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Dövlət Neft Şirkətinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.

R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakıda sakinlərin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

Mənbə: Baku.ws
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *