Gürcüstanda benzin bahalaşır
Gürcüstanda yanacaq qiymətləri qalxacaq. Belə ki, yeni ildən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması qiymətlərin də artmasına gətirib çıxaracaq.
“Sputnik” xəbər verir ki, benzinin qiyməti orta hesabla 0,20-0,25 lari (0,08 – 0,1 dollar) artacaq.
Ölkənin Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bildirib ki, aksiz dərəcəsi 1 ton benzin üçün 250 laridən 500 lariyə (100-200 dollar) qalxacaq. Dizel üçün bu artım 1 ton üçün 150 laridən 400-ə qədər olacaq.
Mənbə:> Virtualaz.org