Elman Rüstəmov ölkədəki vəziyyəti 90-cı illərlə müqayisə etdi
“2017-ci ilin dövlət büdcəsi çox mürəkkəb şəraitdə formalaşıb. Büdcə layihəsinin hazırlanmasına böyük əmək sərf olunub”.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Mən hakimiyyətdə uzun müddət çalışan bir insan kimi o fikirlə razılaşıram ki, 2017-ci ilin büdcəsi, vergi siyasəti, o cümlədən bütövlükdə makroiqtisadi siyasət çərçivəsi mürəkkəb şəraitdə formalaşıb. Lakin mən buna ən mürəkkəb deməzdim. Çünki biz 90-cı illərdə çətin dövrlərdə yaşamışıq”, - deyə o bildirib
Mənbə:> APA