Vahid Əhmədov deputat maaşı ilə dolana bilmir? – VİDEO
“Haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç yerdə deməmişəm ki, deputatın əmək haqqısı azdır, artırmaq lazımdır və daha nələr, nələr...”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Modern.az”-a açıqlamasında deputat Vahid Əhmədov deyib.
Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, guya, V.Əhmədov deputatların maaşının azlığından şikayətlənərək 2200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib.
Vahid Əhmədov bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib:
“Haqqımda bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq görək, kim bizdən nə istəyir?!”.
Deputatın sözügedən müsahibəsini “sonxeber.az” saytına istinadən təqdim edirik:
Mənbə:> Oxu.az